Suriyda qırğın davam edir

suriyda-qirgin-davam-edir
Oxunma sayı: 631

Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirir ki, baş verən silahlı qarşıdurmalar artıq daxili müharibə kimi xarakterizə olunmalıdır. İndiyə qədər təşkilat İdlib, Homs, Hama və ətraf yaşayış əraziləri «müharibə bölgələri kimi» qəbul edirdi.

Suriya müxalifəti bildirir ki, Azad Suriya Ordusuna qarşı tank və toplardan istifadə olunur. Toqquşmalar Dəməşqin cənubundakı Tadhamon və Midan istiqaməti ilə fələstinli qaçqınların yaşadığı düşərgələrə çatmaqdadır. Ərazidə yaşayanlar atışma altında qalmamaq üçün qaçır.

Dəməşq ətrafında ilk dəfə bu qədər ciddi toqquşmalar olduğu bildirilir. Ancaq məlumatları müstəqil mənbələrdən təsdiqləmək mümkün deyil.

BMT ötən həftə hökumətin Tremse kəndində ağır silahlardan istifadə edildiyini bildirmişdi.
Dəməşq BMT və Ərəb Birliyi ölkələrinin xüsusi nümayəndəsi Kofi Annanı tələsik şərh verməkdə günahlandırıb. Hökumətin açıqlamasında isə bunun qətliam deyil, silahlı toqquşma olduğu, 37 nəfərin öldürüldüyü, onlardan yalnız ikisinin mülki şəxs olduğu bildirilir.

Müxaliflər bildirir ki, ordu Tremse kəndində qətliam törədib, kənddə 200-dən çox mülki şəxs öldürülüb. Suriya Xarici İşlər Nazirliyinin sözçüsü Jihat Makdissi deyib ki, Tremse kəndində ordu deyil, müxalifətçilər ağır silahlardan istifadə edib.

Suriyada keçən ilin martından başlayan toqquşmalarda indiyə qədər 16 min adamın öldürüldüyü bildirilir ("Azadlıq" radiosu).