Sürücü avtomobili insanların üzərinə sürüb - Yaralananlar var

Sürücü avtomobili insanların üzərinə sürüb
Oxunma sayı: 1173

ABŞ-ın Nyu-York şəhərində sürücü avtomobili səkidəki insanların üzərinə sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Məlumata əsasən, insident yerli vaxtla 17.30-da (Bakı vaxtı ilə 01.30-da) qeydə alınıb. Şahidlərin sözlərinə görə, hadisə zamanı yaşıl işiq yanırmış. Qəza nəticəsində 3 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Polis faktı bədbəxt hadisə kimi araşdırır. Belə ki, ilkin məlumata əsasən hadisə qaz pedalında yaranan nasazlıq səbəbindən baş verib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi