Sürücü polis maşınının şüşəsini sındırdı

surucu-polis-masininin-susesini-sindirdi
Oxunma sayı: 654

Bakı şəhər sakini Azər Yəhyayev "VAZ-2103" markalı avtomaşını idarə edərkən yol-hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə, Yol-Patrul Xidməti Alayının əməkdaşı tərəfindən saxlanılıb. Bu zaman A.Yəhyayev polisin qanuni tələblərinə tabe olmayaraq ona qarşı müqavimət göstərib.

Sonradan A.Yəhyayev hadisə yerinə kömək məqsədilə gəlmiş DİN Çevik Polis Alayının əməkdaşlarının tələblərinə də tabe olmayaraq polisin xidməti "Fiat Doblo" markalı avtomaşının şüşəsini sındırıb. A.Yəhyayev saxlanılıb və onun sərxoş olması müəyyən edilib.