Sürücü sükan arxasında vəfat edib

surucu-sukan-arxasinda-vefat-edib
Oxunma sayı: 645

“Qafqazinfo”nun APA-ya istinadən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilən zəng zamanı bildirilib ki, şəhərin dəmir yol vağzalı rayonunda naməlum şəxs QAZ 24 markalı avtomobildə dünyasını dəyişib. Dərhal hadisə yerinə yollanan polis əməkdaşları araşdırma aparıblar və müəyyən ediblər ki, dünyasını dəyişən Gəncə şəhər sakini 1970-ci il təvəllüdü Qabil Abdullayevdir.

Gəncə şəhər Prokurorluğunda faktla bağlı araşdırma aparılır. Ölümün səbəbləri müəyyənləşdirilir.