Sürücülər bu ərazilərdə diqqətli olsunlar

suruculer-bu-erazilerde-diqqetli-olsunlar
Oxunma sayı: 1637

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində, həmçinin  Dövlət Bayraq Meydanından Lökbatan dairəsinədək olan ərazidə bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

“Qafqazinfo”nun məlumatına görə, bundan əlavə, Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Maştağa-Nardaran-Bilgəh avtomobil yolunda üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.