Sürücülər diqqqətli olsun - - Daha bir yol bağlanır

suruculer-diqqqetli-olsun-
Oxunma sayı: 1327


“Azəryolservis” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-in verdiyi xəbərə görə, sentyabrın 5-dən 6-a keçən gecə, saat 00:00-dan Tbilisi prospektinin Salamzadə ilə küçəsi ilə kəsişməsindən “20 Yanvar” dairəsinə qədər olan hissəsi bağlanacaq. Həmin istiqamətdə yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Alternativ yol kimi Tbilisi prospektindən gələn nəqliyyat vasitələri Salamzadə küçəsinə dönməklə C. Məmmədquluzadə küçəsi (keçmiş Papanin küçəsi) istiqamətinə, oradan 3-cü mikrorayon dairəsi, daha sonra 20 yanvar istiqamətində hərəkət edə biləcəklər.