Sürücülərə cərimələr artırılacaq

suruculere-cerimeler-artirilacaq
Oxunma sayı: 631

Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləcək.

Belə ki, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına görə sürücülər 40 manatdan 60 manatadək məbləğdə cərimələnəcəklər.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu qayda pozuntusunu törədən avtobus sürücüləri 20 manatdan 40 manatadək miqdarda cərimə edilirlər.

Bu dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Parlamentin müzakirəsinə verilib.