Sürücülərə müraciət

Sürücülərə müraciət
Oxunma sayı: 2196

Bakı Nəqliyyat Agentliyi paytaxtda keçirilən “XV Avropa Gənclər Yay Olimpiya Festivalı” ilə əlaqədar olaraq sürücülərə müraciət edib. 

“Qafqazinfo”nun məlumatına görə, müraciətdə qeyd edilir ki, müəyyən olunmuş marşrutlar üzrə çəkilmiş sarı zolaqlar idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında və təhlükəsiz çatmasını təmin etmək məqsədi daşıyır:

“Lakin bəzi şəxsi nəqliyyat vasitəsi sürücüləri bir çox hallarda zolağa daxil olaraq avtobusların qarşısına çıxmaqla, ara məsafəsi gözləmədən arxası ilə irəliləməklə və ya ani manevrlər etməklə hərəkətə mane olaraq qəza şəraiti yaradırlar.

Qeyd edilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarını xüsusən də sürücüləri festival müddətində yol hərəkəti qaydalarına, o cümlədən də sarı zolağın tələbinə əməl etməyə çağırır.

Şəhərimizdə keçirilən əvvəlki oyunlarda olduğu kimi festivalın davam etdiyi günlərdə də hərəkət iştirakçılarının tətbiq edilən müvəqqəti dəyişikliklərə anlayışla yanaşacaqlarına ümid edirik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi