Sürücülərə xəbərdarlıq olundu

suruculere-xeberdarliq-olundu
Oxunma sayı: 653

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildirilib ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir. Avtomobil əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir.

Müraciətdə sürücülərə avtomobili yüksək sürətlə idarə etməmək, şüşəsiləni işlək olmayan avtomobillərlə yola çıxmamaq, ətrafdakıları yağış suları ilə islatmamaq tövsiyə edilib.

Məlumata görə, avtomobil şinləri protektorundakı naxışların qalmış hündürlüyü müəyyən olunmuş normalara cavab verməlidir. Normalara görə, minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır.

Qeyd edək ki, Azərbaycan sinoptikləri bu gündən havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Yanvarın 8-i axşamdan başlayaraq, yanvarın 9-u və 10-da havanın temperaturu 5-10 dərəcə enəcək, axşam saatlarında şaxta olacaq, sulu qar və qar yağacaq.