Sürücülərin aşağı sürət dərdi

Rusiyada baş verən yol qəzalarının səbəblərindən biri də avtomobillərin aşağı sürətlə hərəkət etməsidir. Açıqlanan rəsmi statistik məlumata görə, bu hal qəza səbəblərinin 10 faizini t

Tramp Ukraynaya maliyyə yardımını 3 dəfə azaltdı

Azərbaycanlı gəncə yüksək vəzifə verildi - Gürcüstanda

Obama ilə Mişel İtaliyada dincəlir - Fotolar

Bakıda top mərmisi tapıldı

Mayın 25-də görüşməli idilər, təxirə salındı

Rusiya Azərbaycana ət, süd və bal ixrac etməyə hazırlaşır

Azərbaycanda iqlim istiləşir...

Aygün Bayramovanın iranlı iş adamı ilə toyu - Fotolar

Tramp İtaliyaya getdi - Papa ilə görüşəcək

“Oğluma da tüpürərəm, gəlinimə də…”

Ağstafada avtomobil aşdı - Yaralananlar var

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlanıb

Usubov rəisi və 3 müstəntiqi işdən qovdu - Deputatın oğluna görə

Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı təqdimat olub

“Ömür boyu içkili oluram, davay dasvidaniya…”

Aİ-dən Dağlıq Qarabağla bağlı açıqlama

Tarif Şurası toplandı

Londonda Beynəlxalq Bankın xarici kreditorları ilə görüş keçirilib

Prezident və ailəsinin idmançılarla maraqlı - Fotoları

Hülya Koçyiğitin vəziyyəti necədir? - Həkimi açıqladı

Stadiondakı teraktda 120 nəfər yaralanıb

Bakıda avtoriteti yataqda qətlə yetirdilər - Hamı onu ölü bilirdi

Vergilər Nazirliyində gənc kadrlarla görüş

Almaniya prezidentindən təbrik

Azercell-in online ingilis dili kurslarında iştirak edəcək jurnalistlərin adları

“2028-ci il oyunlarını Türkiyə ilə birlikdə keçirə bilərik”

Ceyms Bondu oynayan aktyor öldü

Dollar cüzi ucuzlaşdı

Boksçularımızdan 3 medal

Holdinq prezidenti məhkəmə önündə

Nazir açılışa və bağlanışa xərclənən məbləği açıqladı

5 “qızıl”lı Lunyov niyə 11-ci oldu? - Nazirdən münasibət

Baş Prokurorluq Mustafa Hacılı haqda məlumat yaydı

Dələduzluqda ittiham olunan şəxs şərti cəza aldı

Beynəlxalq və Yerli Ekspertlərin iştirakı ilə xüsusi təlimlər keçirilir

Azərbaycan udan idmançılara 25 650 000 ödəyəcək - Video

Dəyanət Rzayevlə bağlı cinayət işinə xitam verildi

Azərbaycan Universiteti təhsil haqqını 3000-dən 2500-ə endirdi

Bakıda avtobusla “avtoş”luq edən sürücü həbs edildi

Dayısı oğlunu öldürənə hökm oxundu - Bacısını qaçırmışdı

“Elə bil, hamı mənə bir fikri çatdırmaq istəyirdi...” - Prezident

Marşrut sürücülərinin zorladığı qadın ifadə verdi

Azərbaycanlı cərrah Fərman Ceyranlı tutuldu - Gürcüstanda

Mançesterdəki terrora görə 23 yaşlı gənc saxlanılıb

Bakıda Kamerunlunun məhkəməsi keçirildi

Xalq artisti jurnalistə hücum etdi

“Barselona”nın sabiq prezidenti həbs edildi

“On gün ərzində bir daha gördük ki...” - Prezident

Burda günəş yoxdu, günəşə ümid də yoxdu heç!

İngiltərədə ölənlər arasında azərbaycanlılar olub? - XİN-dən açıqlama

Prezident ailəsinin bağlanış mərasimindən - Fotoları

Əliyevdən terrorla bağlı başsağlığı

Gəncədə təməlqoyma mərasimi keçirildi

“Stansiya”dakı bıçaqlanmaya görə tutulan var

“Rəhbərlikdə mən deyən əxlaq yoxdursa...” - Elnur Məmmədli

Zaqataladakı Diva kimdir? - “Hərbi hissələrdə konsertlərim təşkil olunub”

Qeyri-sabit hava davam edəcək - İntensiv yağış, dolu gözlənilir

İlham Əliyev qalib idmançılarla görüşür - Fotolar

Yaponiyada istilərə görə 1000 nəfər xəstəxanalıq olub

Maksim Averinin dopinq qalmaqalı ilə bağlı qərar açıqlandı

İslam Oyunları necə bağlandı?

Bakıda çayxana 24 minə satıldı

Qriqorçuk Kiyev “Dinamo”suna keçir? - Növbəti iddia

“Gənclərin həmrəylik oyunlarında rolu əvəzsiz idi”

Qvardiola iki futbolçunu göndərdi

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

Banklar dolları fərqli qiymətə satır - Siyahı

“AtaBank” nüfuzlu elmi konfransın sponsoru olub

Suriyada avtomobil partladıldı, ölü və yaralılar var

Gömrük Komitəsi video yaydı

Onların da toyu bu gündür

Bəstəkar dövlət məmurunu məhkəməyə verdi

İngiltərədəki terroru İŞİD öz üzərinə götürdü

Məhkəməyə məcburi gətiriləcək - Qərar

Terrorda ölən və yaralananlar arasında azərbaycanlı varmı?

Bakıdakı saqqallılar...

Azərbaycan millisinin üzvü Türkiyə çempionatında

Bakcell Ulduzum-un yenilənmiş internet səhifəsini təqdim edir

Bu gün Abbas Bağırovun toyudur

İngiltərədə terrorun baş vermə anının - Videosu

Milli Parkda yanğın

“Cocuq Mərcanlı” yarımstansiyasının inşası başa çatır

Britaniyada partiyalar seçkiqabağı kampaniyanı dayandırdılar

“Qafqazinfo”dan yenilik!

Atəşkəsi minaatanlarla pozdular

“Qızlar deyirdi ki, bu oğlan özündən çox razıdır” - Müsahibə

İqbal Ağazadə agent ittihamına cavab verdi

Qadın özünü 8-ci mərtəbədən atdı - Sağ qaldı

“Azərbaycan yeni standartlar müəyyən etdi” - Siyavuş Novruzov

Azərbaycanda nə qədər smartfon var?

22 yaşlı gənc evinin yaxınlığında döyüldü

Di Mariya “Real”a qayıtmaq istəyir

Baş nazir hadisəni terror aktı adlandırıb

“Sənin ölməyini gözləyə bilmərəm” - Oğlundan Əmraha

“Türkiyə hamıdan çox kömək edib” - Şennon

İğtişaşlar zamanı daha iki nəfər həlak olub

“Mançester-Arena”da iki partlayış - 22 ölü, 59 yaralı + Yenilənib

“Bakı-Tiflis-Qars dəmir yolu tikintisi yekunlaşmaq ərəfəsindədir” - Binəli Yıldırım

Etirazçılar prezidentin evini yandırıblar

İsveçdə hava limanında bomba həyəcanı

Sürücülərin aşağı sürət dərdi - Cərimə yox imiş

Sürücülərin aşağı sürət dərdi
Oxunma sayı: 5383

Rusiyada baş verən yol qəzalarının səbəblərindən biri də avtomobillərin aşağı sürətlə hərəkət etməsidir. Açıqlanan rəsmi statistik məlumata görə, bu hal qəza səbəblərinin 10 faizini təşkil edir. Azərbaycanda da sürücülər mütəmadi olaraq qarşıdakı maşının aşağı sürətlə hərəkət etməsindən narazılıq edirlər. Avtomobilin ön işıqlarını yandırıb-söndürməklə, siqnal verməklə, əl hərəkətləri ilə, başını pəncərədən çıxarıb qışqırmaqla həmin maşının sürücüsündən sürəti artırmasını və ya zolağı dəyişməsini tələb edirlər. 

Yol polisləri tez-tez sürət həddinin aşılmasına görə reydlər keçirir və qanunvericilikdə də yüksək sürətlə hərəkətə qarşı mübarizə üçün cərimələr daha da sərtləşdirilir. Bəs daha aşağı sürətlə hərəkətə görə qanunvericilik nə deyir?

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanda sürət həddinə yanaşma bir çox parametrlər üzrə çox anormaldır: “Bizdə “maksimum sürətin məhdudlaşdırılması” nişanı tətbiq edilir. O nişan da deyilir ki, mənim müəyyən etdiyim sürətdən yuxarı getmə. Amma aşağı getmək olar. Yol şəraitinə, havanın meteoroloji vəziyyətinə və avtomobilin texniki vəziyyətinə görə sürət aşağı salına bilər. Qanun da buna icazə verir. Sadəcə bəzi yerlərdə çoxzolaqlı yolun 1 və ya 2 zolağında minimal sürətin məhdudlaşdırılması nişanı quraşdırıla bilər. Azərbaycanda isə bu nişan heç yerdə quraşdırılmayıb. Qanunvericilikdə də göstərilən sürət həddindən aşağı sürətlə sürməyə görə cərimə nəzərdə tutulmayıb, praktik olaraq bunu ölçmək də mümkün deyil”.

Ekspert əlavə edib ki, bu halla bağlı qanunda sadəcə qadağası olub cəriməsi olmayan bir qayda var: “Yol hərəkəti haqda qanunun 50-ci maddəsində qeyd olunub ki, lüzumsuz yerə asta sürətlə hərəkət edərək nəqliyyatın hərəkətinə maneə yaratmaq qadağandır. Avtomobili asta sürətlə idarə edən sürücünün bunu lüzumsuz, yoxsa lüzumlu səbəbdən etməsini müəyyən etmək isə qeyri-mümkündür. Buna görə cərimə də tətbiq oluna bilməz, qanunvericilikdə də cəza nəzərdə tutulmayıb. 

Oxşar halla bağlı qanunda yalnız bir müddəa var. O da nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilmə qaydalarıdır. Yəni, hərəkət zolaqlarında sürət rejiminə uyğun olaraq sağ solağı seçmək məcburiyyəti tətbiq olunur. Sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət etməyə görə 40 manat cərimə nəzərdə tutulub. Bu qayda da yaşayış zonalarında tətbiq edilə bilməz. Bizim ölkəmizdə “asta gedirlər deyə, mənə maneə olurlar” deyənlərin yanaşması düzgün deyil.

Yol hərəkəti təhlükəsizliyində belə bir yanaşma var ki, avtomobilin sürəti digər nəqliyyat vasitələrinin sürətindən əhəmiyyətli dərəcədə fərqlənirsə, hansı zolaqda hərəkət etməsindən asılı olmayaraq qəzaya səbəb ola bilər. Əhəmiyyətli dərəcədə o deməkdir ki, 110 km/saatlıq yolda hamı 100 km/saat sürətlə gedirsə, bir maşın 40 km/saat sürətlə hərəkət edəndə qəzaya səbəb ola bilir. Amma intensiv hərəkət yoxdursa, tıxac yaranmaq üzrədirsə, hamı 40-la gedəndə sən də 40-la getməlisən. Yaxud qar yağanda hamı 20 km/saat sürətlə gedirsə, sən də məcbur olaraq o sürətlə hərəkət etməlisən”. 

Ə.Hüseynov deyib ki, təcrübədə yüksək sürətli zolaqda aşağı sürətlə hərəkət etməklə qəzaya səbəb olma halları dəfələrlə olub: “Məsələn, daş yüklü “KAMaz” 3-cü zolaqda 40 km-saat sürətlə getdiyi üçün həmin zolaqda daha yüksək sürətlə hərəkət edən avtomobil məcbur olaraq həmin yük maşınını sağ tərəfdən ötür. Bu zaman isə ötməni başa çatdıra bilmədiyi üçün sağ zolaqda qarşısında gedən avtomobilə çırpılır və qəza baş verir”.

Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, radarların aşağı sürət həddini müəyyən edə bilməsi texniki olaraq mümkündür:

“Azərbaycanda magistral yollarda minimum sürət həddi 50 km/saat-dır. Hansısa nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulan maksimum sürəti 50 km/saatadəkdirsə, onların magistral yolda hərəkətinə icazə verilmir. Əks halda istənilən maşın magistral yolda hərəkət edə bilər. Azərbaycanda rayonlararası yollar magistral deyil. Amma kimisə 100 km/saatlıq yolda 70 km/saatla getdiyinə görə məsuliyyətə cəlb etmək olmaz. Qanunvericilikdə bu, nəzərdə tutulmayıb. Sürücü yalnız sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət etməyə görə məsuliyyət daşıyır. 

Əgər magistral yolu bildirən nişan varsa, minimal sürətin məhdudlaşdırılması nişanının quraşdırılmasına ehtiyac yoxdur. Hansısa nəqliyyat vasitəsinin aşağı sürətlə hərəkət etməsi yox, onun arxasınca gələn sürücünün diqqətsizliyi qəzaya səbəb ola bilər. Sürücülər bəzən sağ zolaqdan ötməyə cəhd edirlər və həmin zolaqda hərəkət edən maşını əvvəldən görmədikləri üçün toqquşma baş verir. 

50-ci maddənin tələbinin pozulması hallarına əsasən şəhər daxilində rast gəlinir. Sürücülər heç bir səbəb olmadan həddən aşağı sürətlə hərəkət edərək digər nəqliyyat vasitələrinin hərəkətinə maneə olurlar. Qanunvericilikdə buna görə cərimə nəzərdə tutulmayıb. Sürücü yalnız əsaslı səbəb olduqda buna görə məsuliyyət daşımır. Məsələn, maşında texniki nasazlıq olduqda bu hal baş verə bilər. Bu zaman isə sürücü qəza dayanma işıqlarını yandırmalıdır”. 

K.Əliyev rayonlararası yollarda yük avtomobillərin asta sürətlə hərəkətindən şikayət olunması ilə bağlı bunu deyib: “Bizim yollarda onsuz da yük maşınlarının 70 km/saatdan artıq hərəkətinə icazə verilmir. Həmin maşınları 40-50 km/saat sürətlə hərəkət etməyə görə isə cərimə yoxdur”.

Bu müzakirələrdən və qanunvericilikdəki qaydalardan çıxan nəticə budur ki, Azərbaycanda aşağı sürətlə hərəkətin məhdudlaşdırılmasına görə konkret bir hədd müəyyən olunmayıb. Sadəcə səbəb olmadan həddən artıq aşağı sürətlə sürmək qadağan edilir. Buna görə isə cərimə nəzərdə tutulmayıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi