Sürücülərin diqqətinə!

suruculerin-diqqetine
Oxunma sayı: 852

Bakı-Ələt-Qazax Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, bundan başqa Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev və Asif Əsədullayev küçələrində axşam saatlarınadək, Yasamal rayonu İnşaatçılar prospekti, həmçinin İzmir və Bakıxanov küçələrində isə axşam saat 22:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.