Sürücülərin nəzərinə

suruculerin-nezerine
Oxunma sayı: 2401

Bakı-Ələt-Qazax-Gürcüstan magistral avtomobil yolunda rənglənmə işləri görüləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə"Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb. O bldirib ki, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.