Sürücülərin nəzərinə!

suruculerin-nezerine
Oxunma sayı: 1548

Fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir.

Nişanlanma xətlərinin çəkilməsi prosesi gün ərzində başa çatacaq.