Sürücülərin nəzərinə - Bu yol sabahdan bağlanacaq

suruculerin-nezerine
Oxunma sayı: 763

Xırdalan-Mehdiabad-Balaxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq 23 avqust tarixindən etibarən sözügedən yolun Mehdiabad-Balaxanı hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq mədudlaşdırılacaq.
 
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, məhdudlaşdırma yolun “Təmiz şəhər” ASC-nin qarşısından Mehdiabad qəsəbəsinədək olan 5.5 m-lik hissəsini əhatə edəcək.
 
Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.