Sürücülərin nəzərinə - Bu yolda hərəkət bərpa olunur

Sürücülərin nəzərinə
Oxunma sayı: 1502

Binəqədi şossesində bu gecədən etibarən hərəkət bərpa olunur. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk hesabında məlumat yayıb.
 
Qurum rəsmisi qeyd edib ki, şosse boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb: “Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. O cümlədən, asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də iş prosesinə uyğun olaraq görüləcək”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi