Sürücülərin nəzərinə - Bu yolda hərəkət məhdudlaşdırılır

suruculerin-nezerine
Oxunma sayı: 1407

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
 
“Azəravtoyol” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.
 
Sürücülərdə alternativ olaraq sözügedən yolun “20-ci sahə” ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.