Sürücülərin nəzərinə - Bu yollarda sürət həddi azaldı

suruculerin-nezerine
Oxunma sayı: 1533

Faktiki hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava Limanı və Zığ dairəsi-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev sosial şəbəkədə yayıb.

O, sürücülərə yolda müəyyən edilən sürət həddini nəzərə almağı tövsiyə edib.