Sürücülərlə bağlı qalmaqallı maddə ləğv edilir - 40 manatınız cibinizdə qalacaq

Sürücülərlə bağlı qalmaqallı maddə ləğv edilir
Oxunma sayı: 3301

Azərbaycanda sürücünün diqqətini yayındıra biləcək söhbətə görə cərimə ləğv edilə bilər.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsinin ləğvi təklif edilir.

2015-ci il dekabrın 29-da qəbul edilmiş bu maddədə nəqliyyat vasitələrini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat miqdarında cərimə nəzərdə tutulur. Təcrübə onu deməyə əsas verir ki, Məcəllənin bu maddəsi tətbiq edilmir. Bu səbəbdən də həmin maddənin Məcəllədən çıxarılması təklif edilir.

Eyni zamanda 345.2-ci maddəsinin (Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 25 manat məbləğində cərimə edilir) tətbiq edilməsinə ehtiyac olmadığından həmin maddənin çıxarılması təklif edilir. Belə ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının və elektron informasiya sistemlərinin və ehtiyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi