“Sürücülük vəsiqəsinin “ASAN xidmət”də verilməsi mümkün deyil” - Sədr

suruculuk-vesiqesinin-asan-xidmetde-verilmesi-mumkun-deyil
Oxunma sayı: 4799

“Sürücülük vəsiqəsinin “ASAN xidmət” mərkəzlərində verilməsi texniki cəhətdən mümkün deyil”.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bunu “ASAN xidmət”in sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, sürücülük vəsiqəsini almaq üçün vətəndaşlar imtahan verməli, sürücülər müxtəlif şərtləri yerinə yetirməlidirlər: “Bu isə texniki cəhətdən mümkün deyil”.