Sürücünü bıçaqlayan azərbaycanlı iş adamı yaxalanıb - Arvadı axtarışdadır

Sürücünü bıçaqlayan azərbaycanlı iş adamı yaxalanıb
Oxunma sayı: 2811

Rusiyanın Sank-Peterburq şəhərində 4-cü sinif şagirdlərini daşıyan avtobusun sürücüsünü bıçaqlayan azərbaycanlı iş adamı saxlanılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 43 yaşlı Əlizadə Mustafayev yaxınlarından birinin evində ələ keçib. İnsident zamanı avtomobildə olan və yoldaşına yardım edən qadın isə hələ də tapılmayıb. Qadının axtarışı davam etdirilir

Xatırladaq ki, hadisə dekabrın 25-də baş vermişdi. “Range Rover”in sürücüsü olan Mustafayev avtobus sürücüsünün xəbərdarlığından əsəbiləşib və avtobusun qarşısına keçərək onu dayandırmışdı. Daha sonra əlindəki bıçaqla azyaşlıların gözü qarşısında sürücünü bıçaqlamışdı. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi