“Sürücünün adına 2.4 milyon pul köçürdü” - Qalmaqallı proses

surucunun-adina-24-milyon-pul-kocurdu
Oxunma sayı: 3184

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Çudo Peçka"nın sahibi Çingiz Cəlilovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə şahidlər dindirilib.

"Bank Standard"ın sabiq əməkdaşı Leyla Abbasova bildirib ki, hazırda "PaşaBank"da filial müdiridir: “Çingiz Cəlilov kreditlərlə bağlı heç vaxt bizim yanımıza gəlməyib, həmişə Səlim Krimanın otağında olub. Biz sənədləri hazırlayıb ora aparırdıq. Çingiz Cəlilovun hesabından sürücüsü Aftandilin adına 2,4 milyon manat köçürülməsi ilə bağlı razılıq ərizəsinin itməsindən xəbərim yoxdur. Çingiz müəllimin razılığı olmadan belə bir köçürülmə əməliyyatı edilə bilməzdi”.

Proses fevralın 22-də davam etdiriləcək

Qeyd edək ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdiriblər.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüblər. 

Murad Əhməd