Sürücünün sərxoşluğu necə ölçülməlidir? - Video

Sürücünün sərxoşluğu necə ölçülməlidir?
Oxunma sayı: 976

Biri az içdiyini, digəri isə sadəcə pivə içdiyini deyir. Sürücülərlə yol polisi arasında belə mübahisələr demək olar ki, bütün reydlərdə adət halını alıb.
 
“Qafqazinfo” “Xəzər xəbər”ə istinadən xəbər verir ki, sürücülər bu sözlərlə yol polisinə sərxoş olmadıqlarını deyərək məsuliyyətdən azad olmaq istəyirlər. Amma əslində bu, belə deyil.

Alkoqol Səxroşluğunu Təyin Etmə Məntəqəsinin həkim-narkoloqu Nadir Rzayev deyir ki, sərxoşluğu müayinə edilən hər bir sürücü '“alkotestrin'”  göstəricilərinə baxmalıdır. Yəni bir bakal pivə belə testırda sürücünü sərxoş kimi göstərə bilər. Bu, onun içdiyi spirtin dozasından asılıdır.
 
Bəzi hallarda isə sürücülər yol polisi ilə mübahisə edirlər ki, onlar spirtli içkini axşam qəbul ediblər. Amma yol polisi sürücüdən spirtli içki iyi gəldiyini deyərək onu cərimələyir. Bəs belə olduqda necə? Axşam spitrli içki qəbul edən sürücü səhər saatlarında sərxoş ola bilərmi?
 
Narkoloqun sözlərinə görə, 100 qram arağın tərkibində təxminən 40 qram spirt olur. Onu da qəbul edən şəxsin qanından təxminən 4 saatdan sonra spirt çəkilir.
 
Ancaq istənilən halda sərxoş vəziyyətdə sükan arxasına keçməyin ki, yol polisi ilə belə mübahisələr yaşamayasınız. Dünya təcrübəsi də göstərir ki, ən ağır və ya bir neçə nəfərin ölümü ilə nəticələnən qəzaların çoxu spirtli içkinin təsiri altında olan sürücülərə görə baş verir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi