Sürüşmə baş verən ərazidə vəziyyət ağırlaşdı - Video

surusme-bas-veren-erazide-veziyyet-agirlasdi
Oxunma sayı: 6782

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Badamdarda baş verən sürüşmə ilə əlaqədar son vəziyyəti açıqlayıb.

Nazirliyin mütəxəssisi Əziz Qaralov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hazırda sürüşmə geniş bir ərazini əhatə edir: “İstinad divarlarının hamısı uçub. Torpaq kütləsi asfalt örtüyünə qədər gəlib çatıb.Nazirliyin əməkdaşları hazırda hadisə baş verən ərazidə müşahidələrini davam etdirirlər. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır”.

Günel Türksoy