Sürüşmə ilə bağlı xüsusı qərargah yaradıldı

surusme-ile-bagli-xususi-qerargah-yaradildi
Oxunma sayı: 1392

Son günlərdə atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpmış, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib. 

Səbail rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və  sürüşmə sahəsinə baxış keçirilib.

Xəbərə görə, Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə halının baş verməsi yeni hadısə deyl, illərlə mövcud olan köhnə problemdir. Sürüşmə hadısəsı müəyyən dövrdən bir aktivləşır. Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz təsirini gösrərir. Belə hallar hələ Sovetlər dönəmində də mövcud idi: “Vaxtı ilə ərazidə inşa olunmuş qanunsuz tikintilər, onların kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən hallardandır”.

Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədi ilə Səbai Rayon İcra Hakimiyyətində Xüsusi Qərargah yaradılıb. Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyənləşdirilib.

Sakinlərin təhlükəsizliyinin təminatı məqsədi ilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb, tələbat yaranarsa vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilib. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi  aidiyyatı qurumlar tərəfindən nəzarətdədir. 

Məsələ ilə bağlı RİH-nin başçısı Eldar Əzizov tərəfindən Qərargahın iclası keçirilib, xidmət, təşkilat və dıgər sahələrin rəhbərlərinə müvafiq tapşirıqlar verilib. 

Ərazidə gedən prosseslər Nazirlər Kabinetı tərəfindən nəzarətdə saxlanılır.