Sürüşmə necə baş verib?

surusme-nece-bas-verib
Oxunma sayı: 3444

“Sürüşmənin baş verdiyi ərazi 20-ci sahə ilə Badamdar istiqamətinə gedən yolun sol hissəsindədir. Hadisədə aktivlik bizim əməkdaşlar tərəfindən oktyabrın 1-də müşahidə edilib” 

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov deyib. O qeyd edib ki, aktivlik müşahidə olduğu gündən etibarən bu barədə nazirlik tərəfindən müvafiq orqanlar məlumatlandırılıb: “Ona görə də bu gün insanlar üçün heç bir təhlükə olmayıb. Həmin gündən bizim nazirlikdə  nazir müavini Novruz Quliyevin rəhbərliyi ilə xüsusi qərargah yaradılıb. Mütəmadi olaraq demək olar ki, hər gün müşahidələr aparırdıq. 

Bu gün səhər 8 radələrində  prosesdə artıq aktivlik gərgin vəziyyətə çatdı. Sürüşmə təxminən eni 300 metrdən artıq olan bir ərazidə üstündə istinad divarları ilə birlikdə yamac boyu asfalt istiqamətində irəlilədi. Asfaltın bir hissəsi də torpaq qatının altında qalmışdı. Yamacın üzərində 11 yaşayış evi var. Asfaltın alt hissəsində iki iaşə obyekti var.  Dünən axşam sakinlərə müvafiq oranlar tərəfindən xəbərdarlıqlar edildi. Bütün kommunal sistemlərdən istifadə dayandırıldı. Biz sürüşmə olan ərazinin xəritəsini dünən hazırladıq. Sürüşmə kütləsinin təsir dairəsinin nə qədər ərazini əhatə etməsi barədə xəritə hazırladıq.  Həmin xəritələr müxtəlif orqanlara paylanıldı və  xəbərdar olundu. Hələ gərginlik davam edir.

Hər gün, hər saat əməkdaşlarımız tərəfindən müşahidələr aparılır. Bugünkü proses baş verəndə mən özüm də iştirak etmişəm və biz bunu lentə də aldıq”.

Murad Əhməd