Sürüşmə zonasında çatlar genişlənib - Yenilənib

surusme-zonasinda-catlar-genislenib
Oxunma sayı: 2363

Badamdarda baş  verən sürüşmə zonasında yeni çatlar müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ərazidə  Qərargah tərəfindən 9:00-da aparılmış monitorinqlərin nəticəsinə əsasən sahədəki çatlarda artım qeydə alınıb.

Sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.

***

Saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik davam etməkdədir.

Sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti qeydə alınıb və sürüşmənin üst hissəsində uçqunlar baş verib. Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.