Sürüşmə zonasında nə dəyişiklik var?

surusme-zonasinda-ne-deyisiklik-var
Oxunma sayı: 1313

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Badamdardakı sürüşməylə bğlı məlumat yayıb.

"Qafqazinfo"ya qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb.Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik  olmayıb.