Sürüşmə zonasında yeni çatlar yaranıb - Yenilənib

surusme-zonasinda-yeni-catlar-yaranib
Oxunma sayı: 1819

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Bildirilib ki, sürüşmə zonasının sağ və sol hissəsindəki çatlarda genişlənmə müşahidə edilib.

***

Saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və quruntun lokal sahədə yerdəyişməsi müşahidə edilir. 

Sürüşmənin sol hissəsində toplanmış qrunt kütləsində yeni çatlar qeydə alınıb.