“Survivor 2019”un ilk iştirakçısı məlum oldu

survivor-2019un-ilk-istirakcisi-melum-oldu
Oxunma sayı: 2560

“TV8” kanalında yayımlanan “Survivor” yarışmasının növbəti mövsümü üçün ilk iştirakçının adı açıqlanıb.

“Qafqazinfo” “Posta”ya istinadın xəbər verir ki, bu, “MasterChef” adlı yemək verilişində iştirakçı olmuş Murad Özdəmirdir.

Daha öncə “Yemekdeyiz” verilişində aqressiv hərəkətlər etdiyi üçün yarışmadan qovulan M.Özdəmir, “MasterChef”də diqqətləri üzərinə cəlb etməyi bacarıb. Daha çox polemikaları ilə gündəmə gələn aşpazın “Survivor”da da iz buraxacağı gözlənilir.

45 yaşı olan Murad evlidir və bir qızı var.

Qeyd edək ki, “Survivor 2019” Türkiyə və Yunanıstan komandaları arasında keçiriləcək. Yarışma gələn ilin fevralında başlayacaq.