“Survivor”da qəza, iştirakçı oyundan getdi

survivorda-qeza-istirakci-oyundan-getdi
Oxunma sayı: 2327

TV 8-də yayımlanan məşhur “Survivor” yarışması yenidən start götürüb. “Qafqazinfo” xəbər verir ki, verilişin ikinci günü layihə rəhbəri, aparıcı Acun Ilıcalı efirdə yarışma iştirakçısı Dimitris Margaritisin qəza keçirdiyini bildirib. 

Acun oyun zamanı yunan iştirakçının zədə aldığını, yarışmaya davam etməyəcəyini qeyd edib. Aparıcı hadisəylə bağlı ona sənəd təqdim etdiyini, Dimitrisin hazırda xəstəxanada olduğunu söyləyib. 

Xatırladaq ki, reytinqli layihədə bu il Yunanıstan və Türkiyə komandası yarışır.