“Survivor”dan uzaqlaşdırıldı - Vəziyyəti ağırdır

survivordan-uzaqlasdirildi
Oxunma sayı: 3156

Türkiyənin ən reytinqli şousu olan “Survivor”da maraqlı bir hadisə yaşanıb. “Qafqazinfo” xəbər verir ki, konüllülər qrupundan olan Marcus az səs toplayaraq ada ilə vidalaşıb.

Bundan əlavə, aparıcı Acun Ilıcalı yarışmadan Gamze Aksunun da getdiyini bildirib. O, iştirakçının səhhətində problem yarandığını qeyd edib. 

Posta qəzeti yazır ki, Aksu ada şərtləri ilə uyğunlaşa bilməyib. Hərarəti artan iştirakçı təcili olaraq xəstəxaya aparılıb. Həkim nəzarətində olan Gamzenin şouda davam etməməsi barədə qərar verilib. 

G. Aksunun vəziyyətinin ağır olduğu vurğulanıb.