“Survivor”ın başlama tarixi məlum oldu

survivorin-baslama-tarixi-melum-oldu
Oxunma sayı: 2540

TV8 kanalında yayımlanan məşhur “Survivor Türkiyə” yarışmasının növbəti mövsümünün başlayacağı tarix açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, “Gel konuşalım” verilişində qonaq olan Acun Ilıcalı yarışmanın 10 fevral 2018-ci ildən etibarən efirə gedəcəyini elan edib.

Bundan başqa, “All Star” komandasında yer alacaq daha bir iştirakçı da məlum olub. Murat Ceylan adı təsdiqlənən 8-ci iştirakçı olub.

Qeyd edək ki, daha öncə Hilmi Cem İntəpə, Adəm Kılıççı, Hakan Hatipoğlu, Səma Aydəmir, Mərvə Aydın, Nagihan Qaradərə və Turabi Çamkıranın “All Star” komandasında yarışacağı dəqiqləşmişdi.

İğdırdan İstanbula yarış üçün piyada gedən Cumali Akgülün isə “Könüllülər” komandasında olacağı bir neçə həftə öncə açıqlanmışdı.