Sutkada 15 ton neft çıxarılacaq

sutkada-15-ton-neft-cixarilacaq
Oxunma sayı: 944


“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qala-4 lay dəstəsindən qala-1 lay dəstəsinə qaytarılmış quyuda 1299-1291 metr intervallarında təkrar və əlavə süzgəclər açılıb. Quyu sutkada 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Yeni quyu “Neft Daşları” neft və qazçıxarma idarəsi tərəfindən istismar olunur.