“Synergy Baku” yeni mövsümə dünya brendi ilə start verir

synergy-baku-yeni-movsume-dunya-brendi-ile-start-verir
Oxunma sayı: 956


Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əldə olunmuş razılığa əsasən, komanda üzvlərimiz 2014-cü ildə ABŞ-ın "Fuji" kompaniyasının "SST 1.1" tipli velosipedlərindən istifadə edəcəklər.

"Fuji"nin meneceri Miley Gelvez bildirib: "Synergy Baku" komandası ilə əməkdaşlıq etməkdən çox məmnunuq. Uzun illər Qərbi Avropa komandaları ilə əməkdaşlıq edən şirkət indi Asiyadan Avstraliyaya qədər olan bir coğrafiyanı əhatə edir. "Synergy Baku" isə şirkət üçün açılan yeni bir səhifədir. "Fuji SST" peşəkar velosipedçi üçün əla seçimdir. Modelin adı isə "Super Stiff Team", yəni "Super Möhkəm Komanda" anlamına gəlir ki, bu da sprinterə yarış zamanı özünü tam rahat hiss etməyə imkan verir. "Fuji SST" "Giro d"Italia" və "Vuelta" kimi çoxgünlük veloyürüşlərdə sınaqdan çıxmış bir modeldir. Bu üzdən də "Synergy Baku"nun velosipedlərimizdən istifadə etməsi bizi çox fərəhləndirir".

P.Leyn deyib: "Bu qeyri-adi bir velosipeddir. Ümid edirəm ki, "Fuji SST"-nin sayəsində bu il bizim qələbələrimiz çox olacaq".

Velosipedlərdən başqa, "Fuji" şirkəti "Synergy Baku"nu "Bont Cycling" (ayaqqabı), "Schwalbe" (velosiped şini), "HED Cycling" (təkər) və "SMS Santini" (idman geyimi) ilə də təhciz edəcək.