“Synergy Group” ölkə iqtisadiyyatına milyonlarla manat investisiya yatırıb

synergy-group-olke-iqtisadiyyatina-milyonlarla-manat-investisiya-yatirib
Oxunma sayı: 682

“Synergy Group” MMC ölkənin ən iri özəl investisiya holdinqlərindən biridir, ölkə iqtisadiyyatının müxtəlif sahələrində milyonlarla manat həcmində investisiyalar yatırıb.

"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov deyib. İ. Süleymanov “Synergy Group” ailəsinin üzvü olan “Atabank”ın mövcud nizamnamə kapitalının daha 20 milyon manat artırılaraq 70 mln. manata çatdırıldığını qeyd edib. Bununla yanaşı, bankların kapital mövqeyinin möhkəmlənməsi, maliyyə vasitəçiliyinin effektivliyinin və dərinliyinin artırılması və yüksək likvidliyə malik yeni bankın yaradılması zərurətini nəzərə alaraq, “Caspian Development Bank”ın “Atabank”a qoşulması barədə qərar qəbul edildiyini diqqətə çatdırıb.

İ.Süleymanov korporativ idarəetmə sisteminin ən yüksək standartları çərçivəsində yenidən təşkil edilmiş “Atabank”ın yeni keyfiyyət səviyyəsi nümayiş etdirəcəyini, maliyyə dayanıqlığı göstəricilərinin qanunvericiliyin müəyyən etdiyi kriteriyalara ən yüksək şəkildə cavab verəcəyini bildirib. Xüsusilə vurğulayıb ki, bank əmanətçilər və investorların maraqlarının qorunmasına yönəlmiş strategiya çərçivəsində öz kəmiyyət və keyfiyyət tələblərini yüksək səviyyədə davam etdirəcək, idarəetmə potensialı gücləndiriləcək, bankın sağlam və effektiv fəaliyyəti təmin ediləcək. Qoşulmadan sonra “CDB Bank”ın hüquqi varisi olduğuna görə, bütün hüquq və vəzifələr “Atabank”a keçəcər və bu səbəbdən əmanətçilərlə bağlı hər hansı sual olmayacaq.

Nigar Məmmədli