Tacikistan prezidenti Azərbaycanda səfərdədir

tacikistan-prezidenti-azerbaycanda-seferdedir
Oxunma sayı: 4762

Tacikistan prezidenti Emoməli Rəhmon bu gün axşam saatlarında Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

E.Rəhmonu hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.