Tacikistan rusiyalı pilotları azad etdi

tacikistan-rusiyali-pilotlari-azad-etdi
Oxunma sayı: 639

ANS PRESS-in “Kommersant.ru” saytına istinadən verdiyi məlumata görə, həmin pilotların hər biri qaçaqmalçılıq və Tacikistan sərhəddini qeyri-qanuni keçdiklərinə görə, 8,5 il müddətinə həbs edilmişdi. Ancaq bu qərardan sonra onlar elə məhkəmə zalındaca azadlığa buraxılıb. Onların idarə etdiyi “AN-72” təyyarə isə hələ də əyani sübut kimi Tacikistanda saxlanılır.

Məlumata görə, ölkənin Xatlon vilayətinin Kassasiya Məhkəməsinin Kollegiyasına müvafiq qərarı çıxarmaq üçün düz 4 saat tələb olunub. Əvvəlcə məhkəmə bu müddəti 2 il yarıma qədər azaltmağı tələb etsə də, sonradan artıq onların 6 ay müddətində həbsdə olmaları və yenicə verilmiş amnistiya qərarı nəzərə alınaraq, pilotları məhkəmə zalından azadlığa buraxıb.

Xatırladaq ki, bu ilin noyabr ayının 8-də Tacikistanda məhkəmənin qərarı ilə rusiyalı pilot Vladimir Sadovniçiy və onun estoniyalı həmkarı Aleksey Rudenko 8,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onlar qaçaqmalçılıq, sərhəddi qeyri-qanuni keçmə və uçuş qaydalarını pozmaqda günahlandırılırdı. Vladimir Sadovniçiy və Aleksey Rudenko heyətlə bərabər mart ayında Tacikistan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.