Tacikistanda həbsxana qiyamında ölənlərin sayı 27-yə çatdı

Tacikistanda həbsxana qiyamında ölənlərin sayı 27-yə çatdı
Oxunma sayı: 1275

Xəbər verdiyimiz kimi, Tacikistanın Xujand şəhərində yerləşən həbsxanada qiyam baş verib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, İŞİD üzvü olmuş məhkumların başlatdığı qiyam nəticəsində çaxnaşma düşüb.

Son məlumatlara görə, hadisə nəticəsində 27 nəfər ölüb. Onlarda ikisi cəzaçəkmə müəssisəsinin nəzarətçisidir.

Həbsxanaya Daxili İşlər İdarəsinin xüsusi təyinatlıları yeridildikdən sonra qiyamın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi