Tacikistanda həbsxanada qiyam, 32 nəfər öldürüldü - Video

tacikistanda-hebsxanada-qiyam-32-nefer-olduruldu
Oxunma sayı: 1567

Tacikistanın paytaxtı Düşənbənin şərqində yerləşən Vakhdat həbsxanasında qiyam baş verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, üsyan  zamanı 3-ü nəzarətçi, 24-ü İŞİD üzvü olmaqla azı 32 məhbus ölüb. Tacikistanın Ədliyyə Nazirliyindən verilən məlumata görə, 5 məhbus və 3 nəzarətçi digər məhbuslar tərəfindən, qalan məhkumlar isə təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı öldürülüb.

İnsidentdən əvvəl üzərində bıçaq və kəskin alətlər olan 30 məhkum 3 nəzarətçini əsir götürübmüş.

Ölənlərin kimliyi hələlik açıqlanmır. Polis həbsxanada vəziyyətin nəzarətə götürüldüyünü bildirib.