Tacikistanda həbsxanada qiyam, ölü sayı 25 oldu - Yenilənib

tacikistanda-hebsxanada-qiyam-olu-sayi-25-oldu
Oxunma sayı: 1937

Tacikistanın şimalında ağır rejimli koloniyada baş verən üsyanda 13 nəfər öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xujand şəhərində yerləşən həbsxanada baş verib. İŞİD üzvü olduğu bildirilən məhbuslardan biri cəzaçəkmə müəssisəsinin gözətçisini tərki-silah edib və nəzarətçilərə atəş açmağa başlayıb. 

Bundan sonra məhbuslar koloniyanın korpuslarından birini ələ keçiriblər. 

Daxili İşlər İdarəsinin xüsusi təyinatlıları qiyamı yatıra biliblər. Hazırda hadisənin baş vermə səbəbi araşdırılır. 

***

Son məlumata görə, ölü sayı aralarında koloniyanın iki zabiti də olmaqla 25 nəfərə çatıb.