Tahir Gözəl “Sevilya”nın prezidenti ilə görüşdü - Foto

tahir-gozel-sevilyanin-prezidenti-ile-gorusdu
Oxunma sayı: 1615

Bu gün keçiriləcək "Sevilya" ilə oyun öncəsi “Qarabağ” İspaniya klubuna rəsmi ziyafət verib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Sevilya”nın prezidenti Xose Kastro Karmona və Ağdam komandasının vitse-prezidenti Tahir Gözəl və digər rəsmi şəxslər də iştirak ediblər.  Ağdam klubunun vitse-prezidenti Karmonaya “Qarabağ”ın rəmzi olan at heykəli təqdim edib.