Tahir İmanovun prezidentdən xahişi reallaşdı

tahir-imanovun-prezidentden-xahisi-reallasdi
Oxunma sayı: 6550

Bakı şəhər icra başçısı Eldar Əzizov Nəsimi rayonunda yerləşən Kiçik Dəniz küçəsinin adını dəyişdirilməsi ilə bağlı əmr verib.

“Qafqazinfo” xəbər verir ki, əmrə əsasən həmin küçəyə görkəmli bəstəkar Süleyman Əyyub oğlu Ələsgərovun adı verilib.

Məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov təsdiqləyib.

Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub. Görüşdə "Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov ölkə başçısına babası Süleyman Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə S. Ələsgərovun adının verilməsi üçün göstəriş vermişdi.