Tahir Süleymanov istefaya göndərilməyib

tahir-suleymanov-istefaya-gonderilmeyib
Oxunma sayı: 720

İdmantv.az-ın yaydığı məlumatda vitse-prezidentin artıq təhvil-təslim proseslərini də yekunlaşdırdığı bildirilib. Məlumatda hətta bu vəzifəyə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun təyin edildiyi də qeyd edilib.

İstefa xəbərini dəqiqləşdirmək üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq.

Yayılan söz-söhbətlərlə bağlı “Qafqazinfo”ya açıqlama verən Gündüz Abbaszadə məlumatın düzgün olmadığını bildirib: “Biz klubun rəsmi səhifəsində dünənki iclas ilə bağlı məlumat yerləşdirmişik. Bu məlumatda isə bildirlilb ki, Sadıq Sadıqov heç bir istefanı qəbul etməyib. Bizim yaydığımız məlumat düzgündür. Tahir Süleymanovun istefaya göndərilməsi isə əsassızdır”.

Sevinc