Tailand kralı öldü - 1 ay matəm elan edildi

Tailand kralı öldü
Oxunma sayı: 2521

Tailand kralı 89 yaşlı Pxumipon Adulyadet dünyasını dəyişib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kral müalicə aldığı Banqokdakı Sisirat xəstəxanasında vəfat edib.

O, son bir neçə ilini xəstəxanada keçirib.

Qeyd edək ki, Adulyadet 1946-cı ildə taxta çıxıb. Lakin hakimiyyət səlahiyyətlərinə sahib olmayıb, belə ki, kral ölkədəki heç bir siyasi münaqişənin həllində iştirak etməyib. 

***

Kralın ölümü ilə bağlı ölkədə matəm elan olunub. Bu barədə Tailand baş naziri açıqlama verib. Onun sözlərinə görə, matəm bir ay davam edəcək. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi