Taksi dayanacağına partlayıcı atıldı - Yaralılar var + Fotolar

Taksi dayanacağına partlayıcı atıldı
Oxunma sayı: 34

Türkiyənin Qaziantep şəhərində Mehmet G. adlı şəxs taksi dayanacağına partlayıcı tərkibli pirotexniki maddə atıb.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, 28 yaşlı şəxs səhər saatlarında taksi şirkətinə zəng vuraraq taksi sifariş verib.

Lakin, bilinməyən səbəbdən taksi sifariş yerinə getməyib. Bundan əsəbiləşən Mehmet günorta saatlarında taksi dayanacağına gedərək pirotexniki maddəni ora atıb. Hadisə zamanı iki nəfər xəsarət alıb.

Dayanacaqdakılar bomba atıldığını zənn edərək təşvişə düşüblər.

Mehmet G. polis tərəfindən saxlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi