Taksi sürücüsü qəza törətdi - Foto

taksi-surucusu-qeza-toretdi
Oxunma sayı: 1505

Bakıda taksi sürücüsü qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçələrinin kəsişməsində baş verib. Belə ki, sərnişin daşıyan avtomobil dönmə əməliyyatını yerinə yetirən zaman qəzaya düşüb.

Şahidlərin sözlərinə görə, sürücü yüngül xəsarət alıb.

Əraziyə hüquq-mühafizə orqanının əməkdaşları gəlib.