Taksi sürücüsünü bıçaqla hədələyənə 10 il hökm oxundu

taksi-surucusunu-bicaqla-hedeleyene-10-il-hokm-oxundu
Oxunma sayı: 640

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsimi Qələndərova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə  N.Qələndərov 10 il müddətinə azadlıqdan məhrum edilib.   

İttihama görə, hadisə 2017-ci il mayın 7-də Bakı şəhəri Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum edilmiş Nəsimi Qələndərov taksi sürücüsü, Abşeron rayon sakini Nuhbala İsmayılovun avtomobilinə əyləşib Binəqədi qəsəbəsinə gedəcəyini deyib. Həmin ünvana çatanda isə sərnişin bıçaqla sürücünü hədələyərək ondan 200 manat pul alıb. N.Qələndərov istintaqa ifadəsində əməlini etiraf edib. Məlum olub ki, N.Qələndərov elə həmin gün başqa bir taksi sürücüsünə qarşı da quldurluq edib. O, Qubad Xudayevin avtomobilinə minərək eyni ssenari ilə sürücünü bıçaqla hədələyib və ondan 90 manat pul alıb.

Murad Əhməd