Taksilərin müştəri davası qanla bitdi

taksilerin-musteri-davasi-qanla-bitdi
Oxunma sayı: 647

Bakının Nizami rayonu ərazisində taksi sürücüləri arasında bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə metropolitenin “Koroğlu” stansiyası yaxınlığında qeydə alınıb.

Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1995-ci il təvəllüdlü Orucov Elnur Asif oğlu digər taksi sürücüsü ilə müştəri üstündə əlbəyaxa olub. Nəticədə E.Orucov bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.