Taksim aksiyası davam edir- - 79 yaralı+Video

taksim-aksiyasi-davam-edir-
Oxunma sayı: 1428

“Qafqazinfo” Turkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Muammer Güler şənbə günü bildirib ki, "Türkiyənin 48 şəhərində 90-dan yuxarı etiraz aksiyası keçirilib". Həbs olunan 939 nəfərdən bir qismi ifadə verdikdən sonra sərbəst buraxılıb. Taksim meydanında etiraz aksiyaları başladığı vaxtdan indiyənədək 79 nəfər yaralanıb. Qeyd edək ki, polislərin İstanbulun Qezi parkını tərk etdikdən sonra etiraz aksiyasının iştirakçıları baş nazir Rəcəb Tayyib Ərdoğanın iqamətgahı qarşısında toplaşmaq istəyiblər. Polis yaşardıcı qaz istifadə edərək, iqamətgahın ətrafına toplaşmağa imkan verməyib. Alsiyaçılar yaxınlıqdakı dükanlara ziyan vurublar və bir polis maşınını yandırıblar. Ümumilikdə təxminən 20 minə yaxın nümayişçi Türkiyənin paytaxtı Ankarada genişmiqyaslı etiraz aksiyasını keçirir , nümayişçilərin sayı hər dəqiqə artır.