Taksimdə Yeni il şənlikləri qadağan edildi

Taksimdə Yeni il şənlikləri qadağan edildi
Oxunma sayı: 1200

İstanbulun Bəyoğlu Rayon Polis İdarəsi Yeni il şənlikləri zamanı kütlənin məşhur Taksim meydanına toplanmasına icazə verilməyəcəyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, idarə rəisi İsmayıl Kılıç bu addımın xalqın şənliyini hüzurlu şəkildə keçirməsi üçün atıldığını deyib.

“Yeni ilin yaxınlaşması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Əvvəlki illərə nisbətən daha geniş tədbirlər görülür. İstiqlal küçəsi və Taksim meydanına gedən yolların girişində polis nəzarəti olacaq”.

Xatırladaq ki, keçən il Yeni il gecəsi İstanbulda “Reina” klubunda 39 nəfərin ölümünə səbəb olan terror hadisəsi baş vermişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi